Ölkə futbolu

“Zirə” Türkiyədə son məşqinə çıxdı

“Zirə” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını başa vurub.

İdmanxeber.com-un məlumatına görə komanda qardaş ölkədəki son məşqinə bu gün səhər çıxıb. Dünən yoxlama oyunu keçirildiyi üçün, bu günkü məşq bərpa xarakteri daşıyıb. Baş məşqçi Ayxan Abbasov futbolçuları “Lokomotiv”lə oyunda forma geydikləri zamana görə iki qrupa ayırıb.

Qeyd edək ki, Türkiyədə iki yoxlama oyunu keçirən “qartallar” bu axşam vətənə dönəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43