Dünya futbolu

“Zirə” və “İnter” reytinq xalımızı artırdı

Avrokuboklarda ölkəmizi təmsil edən “Zirə” və “İnter” ötən gün Avropa Liqasında qalib gəldilər. Təmsilçilərimizin qələbəsi Azərbaycanın UEFA-nın klub reytinqindəki əmsalını zənginləşdirib.

İdmanxeber.com-un məlumatına görə, “Zirə”nin səfərdə Lüksemburqun “Differdanj”, “İnter”in isə evdə Serbiya “Mladost”u üzərindəki qələbəsi xal ehtiyatımızı 0.500 xal artırıb. Ölkəmiz 15.750 xalla 55 ölkə arasında 23-cüdü.

Azərbaycan siyahıda 21 və 22-ci pillələrdə yer alan Belarus və Bolqarıstan geri qalır. Hər iki ölkənin aktivində 16.000 xalı var. 23-cü pillədə olan İsveçin 15.475, 24-cü yerdə olan Kiprin isə 15.300 xalı var.

Qeyd edək ki, təsnifat mərhələsində qələbəyə 0.250, heç-heçəyə isə 0.125 xal verilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43