Ölkə futbolu

“Zirə” və “Neftçi”nin futbolçuları millimizdə

23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin martın 6-dan 9-dək Bakıda təşkil olunacaq təlim-məşq toplanışına daha 2 futbolçu dəvət olunub.

İdmanxeber.com-un məlumatına  görə, bunlar Vüsal İsgəndərli (“Zirə”) və Kamal Qurbanovdur (“Neftçi”).

Qeyd edək ki, 4 gün davam edəcək toplanış IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq xarakteri daşıyır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43