İdman

“Zirə”də son durum: Klub bir legionerini göndərdi, digərindən FIFA-ya şikayət edir

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Zirə” futbolçusu Jozef Bumu FİFA-ya şikayət etməyə hazırlaşır.

Klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə İdmanxeber.com-a açıqlamasında bildirdi ki, mövsümün əvvəlində gələn və 1+1 illik müqavilə bağlayan futbolçu ilə sözləşməsinin uzadılıb-uzadılmaması hüququ kluba məxsusdur. Ancaq ailə problemlərini səbəb göstərən Bum hələ də komandanın düşərgəsinə qayıtmayıb. Məhz buna görə də, klub onu FIFA-ya şikayət etməyə hazırlaşır.

“Zirə” digər legioneri Riçard Qadze ilə də, yollarını ayırıb. Qanalı hücumçunun başa çatan müqaviləsi qarşılıqlı razılıq əsasında uzadılmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43