Kateqoriyasız

“Zirə”dən 15-ci transfer

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Zirə” daha bir futbolçunu heyətinə cəlb edib.

Klubun mətbuat xidmətindən İdmanxeber.com-a verilən məlumata görə, “Sumqayıt”ın kapitanı Ruslan Poladovla razılıq əldə olunub.

Sabah 36 yaşlı müdafiəçi ilə müqavilə imzalanacaq.

Qeyd edək ki, Poladov “Zirə”nin yay transfer pəncərəsində heyətinə qatdığı 15-ci futbolçudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43