İdman

“Zirə”dən ayrılan futbolçu Yunanıstan klubunda

Yay fasiləsində “Zirə”dən ayrılan Yovan Krnetanın yeni komandası müəyyənləşib.

İdmanxeber.com-un “Sport24.gr”a  istinadən yaydığı xəbərə görə, serbiyalı müdafiəçi Yunanıstanın “Levadiakos klubunda çıxış edəcək. Onunla müqavilə imzalandığı bildirilir.

Qeyd edək ki, Krneta 2015 – 2018-ci illərdə “Zirə”də oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43