Ölkə futbolu

“Zirə”dən növbəti transfer

Ölkəmizi Avropa Liqasında təmsil edən “Zirə” daha bir futbolçunu heyətinə cəlb edib.

Idmanxeber.com-un məlumatına görə, gənc futbolçu Yusif Nəbiyev paytaxt təmsilçisində çıxış edəcək. Müdafiəçi müqavilə ilə məxsus olduğu “Qəbələ”dən bir illik icarəyə götürülüb.

Qeyd edək ki, Yusif Nəbiyev ötən mövsüm icarə əsasında “Sumqayıt”da oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43