Dünya futbolu

“Zirə”nin ev oyununun vaxtı dəqiqləşdi

Avropa Liqasının II mərhələsində Rumıniyanın “Astra” komandası ilə qarşılaşacaq “Zirə”nin cavab oyununun da başlama saatı bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, bu barədə UEFA-nın saytı məlumat yayıb. İyulun 20-də Bakıda “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 21:00-da start götürəcək.

Qeyd edək ki, bu komandalar arasındakı ilk qarşılaşma iyulun 13-də Rumıniyada baş tutacaq. Matç saat 21:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43