Ölkə futbolu

“Zirə”nin əvəzinə “Zaqatala”

“Kəpəz”in qış təlim-məşq toplanışı müddətində keçirəcəyi yoxlama oyunları arasında dəyişiklik olub.

İdmanxeber.com-un məlumatına görə, “sarı-göylər” əvvəlcədən əldə edilən razılığa əsasən, yanvarın 19-da “Zirə” ilə qarşılaşmalı olsa da, görüş baş tutmayacaq. Buna səbəb rəqibin hazırlıq planında dəyişikliyin edilməsi və Bakı klubunun Türkiyəyə yollanmasıdır.

“Zirə”nin əvəzində Gəncə təmsilçisi “Zaqatala” ilə oynayacaq. I divizion klubu ilə görüş yanvarın 19-da saat 15:00-da “Dalğa Arena”da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43