Ölkə futbolu

“Zirə”nin futbolçusu Hindistan çempionatında top qovacaq

“Zirə”nin futbolçusu Kerven Belfor Hindistanda yeni yaradılan “Jamşedpur” klubuna transfer olunub.

İdmanxeber.com-un məlumatına görə, bu barədə  “Jamşedpur”un rəsmi “Twitter” səhifəsi məlumat yayıb. Haitili hücumçu ilə  1 illik müqavilə imzalanıb.

25 yaşlı forvard yeni komandasına oktyabrda qoşulacaq. O, noyabrda start götürəcək Hindistan çempionatı ərəfəsində İspaniya və Tailandda təlim-məşq toplanışlarına qatılacaq.

Qeyd edək ki, K. Belfor iyunun 16-da “Zirə”yə transfer olunmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43