Ölkə futbolu

“Zirə”nin hazırlıq matçları

“Zirə” Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyunu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, komanda iyulun 25-də “Qaziantep BB” ilə üz-üzə gələcək. 

“Fənərbaxça”nın Topuk Yaylasında yerləşən təlim bazasında baş tutacaq bu oyun Bakı vaxtı ilə saat 18-00-da başlayacaq.

 İyulun 29-da isə “qartallar” “Göztəpə” ilə üz-üzə gələcək. Bu oyun Abantda baş tutacaq və start fiti Bakı vaxtı ilə saat 19-00-da səslənəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43