Kateqoriyasız

“Zirə”nin ilk ev məğlubiyyəti

“Zirə” tarixində ilk dəfə Azərbaycan Premyer Liqasının ev oyununda məğlub olub.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi 32-ci turunun “Qarabağ”la qarşılaşmasında 0:2 hesabı ilə uduzub. Bunadək öz meydanında keçirdiyi 15 matçda 13 qələbə qazanıb, 3 heç-heçə edən debütantın məğlubiyyətsiz seriyası 16-cı oyunda qırılıb.

Xatırladaq ki, Azərbaycan çempionatları tarixinin ən uzun məğlubiyyətsiz ev oyunları seriyası “Neftçi”yə məxsusdur. Bakılılar 1992-96-cı illərdə 57 ev oyununda uduzmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43