Ölkə futbolu

“Zirə”nin oyununa nə qədər bilet satılıb? – DƏQİQ RƏQƏM

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində "Dalğa Arena"da "Differdanj"ı qəbul edəcək "Zirə"nin oyununa maraq az deyil.

 

Bu barədə İdmanxeber.com-a açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Elman Himayetoğlu danışıb. Axşamkı matçda azarkeşlərinə güvəndiklərini söyləyən klub rəsmisi əllərində bilet sayının çox az qaldığını bildirdi: "Demək olar, kassalarda biletlər tükənmək üzrədi. Satışa çıxarılan və azarkeşlərə hədiyyə olunan hazırkı bilet sayısı 5500 təşkil edir. Zirədə yaşayan azarkeşlərimizə, fəal fanatlarımıza biletlər həddiyə etdik. İnşallah, adını təmsil etdiyimiz bölgənin tərəfdarları bizi tək buraxmayacaqlar".

 

Elman Himayətoğlu tribunaların əksəriyyət hissəsinin dolu olacağına ümid etdiklərini də söylədi: "Bildiyiniz kimi "Dalğa Arena"nın azarkeş tutumu 6500 nəfərdən ibarətdi. Bizə bu oyuna görə gələn zənglər, sifariş olunan biletlər onun göstəricisidi ki, komandamız axşam tək qalmayacaq. Ancaq kimsə bileti alıb, oyuna gəlməyəcəksə ona heçnə deyə bilmərik".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43