Ölkə futbolu

“Zirə”nin tarixində ilk

Azərbaycan Premyer Liqasında debüt mövsümünü keçirən “Zirə” ilk böyükhesablı qələbəsini qazanıb.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, Adil Şükürovun komandası buna 23-cü turda nail olub.

İlk 22 oyununda 3 və ya daha çox top fərqi ilə qalib gələ bilməyən paytaxt təmsilçisi ilkini “Neftçi” ilə ev oyununda gerçəkləşdirib – 3:0. “Zirə” ölkə çempionatları tarixində böyük hesabla qalib gəlməyi bacaran 49-cu komandadır.

Yüksək liqada oynamış 58 klubdan yalnız 9-u belə qələbə əldə etməyib. Hamıdan çox – 116 belə uğuru olan “Neftçi” isə ölkə çempionatlarında 8-ci dəfə böyükhesablı məğlubiyyət alıb. Nəticələri ləğv olunub, bütün matçlarda texniki məğlubiyyət alan “Gənclik”dən başqa bütün komandaların hesabında 3 və daha çox top fərqli yenilgi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43