Ölkə futbolu

“Zirə”nin yeni baş məşqçisi müəyyənləşdi

“Zirə” klubunda məşqçilərlə bağlı yeni təyinatlar təsdiqlənib.

İdmanxeber.com-un məlumatına görə, U-19 komandnın baş məşqçisi Elnur Çodarov bundan sonra həmçinin, əsas komandada məşqçi kimi çalışacaq.

Ayxan Abbasovun əsas komandaya keçidindən sonra boşalan əvəzedici heyətin baş məşqçi vəzifəsi isə İlham Qurbanova tapşırılıb. İlham Qurbanov buna qədər “Zirə”nin U-17 komandasında çalışırdı.

Bu gün “gənc qartallar” yeni baş çalışdırıcı ilə ilk məşqə çıxıblar. Əvəzedici heyətin məşqçilər korpusunda yer alan digər mütəxəssislər isə dəyişməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43