Dünya futbolu

“Zirə”nin yeni kapitanı müəyyənləşdi

Elvin Məmmədovun “Qəbələ”yə gedişindən sonra “Zirə” yeni kapitanını seçib.

Idmanxeber.com-un məlumatına görə, kapitanlıq bazubəndi artıq 3-cü mövsümdür ki, “Zirə”nin qapısını qoruyacaq Anar Nəzirova həvalə olunub.

Anar ötən mövsüm vitse-kapitan kimi çıxış edib. Təcrübəli qolkiper ötən gün Kamerunun “Kolumbe Sportive” klubuna qarşı keçirdiyi yoxlama oyununda (8:0) “qartallar”ın kapitanı olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43