Ölkə futbolu

“Zirə”nin yeni transferi ilk seçimini etdi

"Zirə” Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburqun “Differdanj” klubu ilə oyunlar üçün daha bir futbolçu sifariş edib.

İdmanxeber.com-un məlumatına görə, Bakı klubu yeni transferi – rumıniyalı müdafiəçi Qabriel Mateyin adını iştirak ərizəsinə salıb.

Bununla da “Zirə”nin avrokubok üçün futbolçu sayı 20-ə çatıb. 
Xatırladaq ki,  “Zirə” ilə 1+1 illik müqavilə imzalayan Matey yeni klubunda 14 nömrəli forma ilə çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43