Dünya futbolu

Ziya Əzizovun komandası qalib gəldi

Futbol üzrə Hollandiya birinci divizionunda 33-cü turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, azərbaycanlı futbolçu Ziya Əzizovun çıxış etdiyi “Den Boş” doğma meydanda “Maastrixt”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 2 – 1 hesablı qələbə ilə ayrılıb. Ziya bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb.

Qeyd edək ki, “Den Boş” 33 turdan sonra 41 xalla 20 komanda arasında 13-cüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43