Kateqoriyasız

Zubir “Qarabağ”dan gedir?

“Qarabağ”ın aparıcı futbolçularından olan Abdulla Zubir karyerasını Yunanıstanda davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, yarımmüdafiəçi bu ölkənin “Panatinaikos” klubuna təklif olunub.

Yunanıstan mətbuatında yazılan xəbərdə bildirilir ki, Zubirin bu yay azad agent olacağı üçün daha yaxşı müqavilə ilə daha böyük liqaya keçməyə hazır olduğu yazılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43