Ölkə futbolu

Zurab Xizanaşvili karyerasını başa vurdu

“İnter”in gürcüstanlı müdafiəçisi Zurab Xizanaşvili karyerasını başa vurub.

İdmanxeber.com-un məlumatına görə, 35 yaşlı oyunçunun yeni iş yeri də məlumdu. Təcrübəli müdafiəçi Gürcüstanın 21 yaşlılardan ibarət milli komandasında məşqçi kimi çalışacaq. Zurab millini çalışdıran Qia Qequçadzenin köməkçisi olacaq.

Xizanişvili 2015-ci ildən “İnter”də çıxış edirdi. Gürcüstan millisinin sabiq üzvü “Dinamo” (Tiblisi), “Dandi”, “Reyncers”, “Bləkbörn”, “Nyukasl”, “Ridinq” və “Kayserispor” kimi klublarda oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43