Ölkə futbolu

Ələsgərov “Neftçi”də 41-ci oldu

Namiq Ələsgərov “Neftçi”nin heyətində 30-cu qolunu vurub.

Premyer Liqanın XXIV turunun “Sabah”la görüşündə (2:2) dubla imza atan yarımmüdafiəçinin ilk qolu onun “ağ-qaralar”ın heyətində yubiley topu olub. Paytaxt klubunda 119-cu matçına çıxan Namiq ikinci dəfə fərqlənməklə qol sayını 31-ə çatdırıb. Bu qolların 28-i Premyer Liqa, 2-si ölkə kuboku, 1-i Avropa Liqasına təsadüf edib.

Ələsgərov “Neftçi”nin tarixində 30 və daha çox qol vuran 41-ci oyunçudur. Bu siyahıya Samir Ələkbərov (142), Anatoli Banişevski (136) və Yunis Hüseynov (103) başçılıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Arif Əsədov: “Topu özümüzdə daha çox saxlamalı idik”

admin

“Xəzər Lənkəran”dan İK-in qərarına münasibət: “Arxamda müharibənin, savaşın nəyin baş verdiyini bilmirdim”

admin

Premyer Liqanın bütün oyunları canlı yayımda

admin