28 Noyabr 2022
Kateqoriyasız

Əliyar Ağayevə növbəti təyinat – UEFA-dan

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

O, Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununu çərçivəsində keçirəcək “Fola Eş” (Lüksemburq) – “Linfild” (Şimali İrlandiya) matçını idarə edəcək.

Ağayevə yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 12-də keçiriləcək “Fola Eş” – “Linfild” qarşılaşması Bakı vaxtı ilə 21:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“İmarət” tribunanı “yandırdı”, hakim oyunu saxladı

admin

Millimiz yenə darmadağın oldu

admin