FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək oyuna təyinat alıb.
İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda “Rapid” (Vyana, Avstriya) – “Dinamo” (Minsk, Belarus) matçını idarə edəcək.
Ona Zeynal Zeynalov və Rza Məmmədov köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Mübariz Haşımov yerinə yetirəcək.
Qeyd edək ki, “Rapid” – “Dinamo” oyunu dekabrın 10-u keçiriləcək.