Azərbaycanlı hakim Əliyar Ağayev UEFA Gənclər Liqasında 1/4 final mərhələsində “Anderlext” – “Barselona” matçını idarə edib.
İdmanxeber.com-un məlumatına görə, belçikalıların 2:0 hesablı qələbəsi ilə başa çatan matçda FIFA referimiz meydan sahiblərinə 2, qonaqlara 3 sarı vərəqə göstərib.
Qarşılaşmanın son dəqiqələrində Ağayev “Anderlext”in futbolçusu Orel Manqalaya qırmızı vərəqə göstərərək meydandan qovub.
Qeyd edək ki, bu matçda Əliyar Ağayevə Rza Məmmədov və Zeynal Zeynalov yardımçı olub.