Kateqoriyasız

Əmrah Çəlikəldən “Qarabağ” azarkeşlərinə haqsızlıq

"Qarabağ"ın "Qarabağ Ultras" azarkeş qrupu klub rəhbərliyi tərəfindən haqsızlığa uğrayıb.

İdmanxeber.com-a daxil olan məlumata görə, təsnifat mərhələsindəki matçlarda tam olaraq biletlə təmin olunan azarkeşlərin komanda qrup mərhələsinə vəsiqə qazandığı gündən bu yana Bakıda keçirilən "Sent Etyen"lə matç da daxil olmaqla sabahkı oyunda da bir qismi biletsiz qalacaq.

Əldə etdiyimiz məlumata görə, klubun mətbuat xidməti qrupun və digər fan-klubların biletlə təmin olunması üçün göstərdiyi cəhd komandanın direktoru Əmrah Çəlikəl tərəfindən alınır. Çəlikəl digər matçlardan fərqli komandanın uğurlu çıxışını və bunun nəticəsində azarkeşlərin tribunaları dolduracağını nəzərə alıb qrupa çatmalı olan biletin yarı hissəsinin verilməməsini tapşırıb. Məhz buna görə də, sözügedən qrupa cəmi 100 bilet verilib.

Qeyd edək ki, "Qarabağ"ın digər fan klubu – "İmarət" üzvləri də bir müddət öncə klub tərəfindən haqsızlılqa qarşılaşmışdılar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43