27 Dekabr 2024
Dünya futbolu

Ən çox qazanan Reşford olacaq

“Mançester Yunayted” Markus Reşfordla danışıqları davam etdirir.

İdmanxeber.az “The Telegraph”a istinadən bildirir ki, 25 yaşlı futbolçu ona təklif olunan müqavilə ilə komandada ən çox maaş alan oyunçu olacaq. 

Reşfordun hazırkı sözləşməsi 2024-cü ilin yayında başa çatır.

Bu mövsüm hücumçu “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 51 oyuna çıxıb, 29 qol vurub və 11 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43