“Neftçi”nin transfer siyahısında olan xorvatiyalı hücumçu Marko Dukandziç Azərbaycana gəlməyəcək.
İdmanxeber.az-ın məlumatına görə, son olaraq Rumıniyanın “Rapid” klubunda forma geyinmiş 29 yaşlı forvard Səudiyyə Ərəbistanından cəlbedici təklif alıb. “Neftçi”nin təklifinə nisbətdə ərəblərin muqavilə şərtləri xorvatiyalının qərarını onlar tərəfdən verməsi ilə nəticələnib.
Qeyd edək ki, Adrian Mutu təcrübəli hücumçunu komandasında gormək istəyirdi. Lakin danısıqlar yuxarida qeyd olunanlara görə musbət yekunlaşmayıb.