Kateqoriyasız

“Əsas 3 xal idi, onu da əldə etdik”

Azərbaycan Premyer Liqasında XXV turun “Keşlə” – “Neftçi” (0:3) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın məşqçisi Vəfadar Quliyev jurnalistlərin suallarını cavablandırdı.

Baş məşqçi Samir Abasov cəzalı olduğu üçün komandanı meydana çıxaran mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Çətin oyun olacağını bilirdik. Həmm meydança amilinə, həm də Ramazan ayında oruc tutan futbolçularımız olduğuna görə, çətinlik var idi. Çalışdıq, vacib qələbə qazandıq. Əsas 3 xal idi, bunu da əldə etdik. Qarşıdakı oyuna hazırlaşacağıq.

– Monrozun oynamaması nə ilə bağlıdı?
– Yusuf Lavaldan istədiyimizi alırıq. Bu baxımdan ola bilər. Bu o demək deyil ki, Monroz oynamayacaq. Ona da güvənirik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ” “Sevilya”ya uduzdu

admin

TPL-nın X turunda 2900 azarkeş qeydə alınıb

admin

“Neftçi”nin uduzduğu oyunda yubileylər

admin