30 Noyabr 2021
Kateqoriyasız

“Ətrafımda divar tiksəniz də, arasından keçib gedəcəyəm” – Mahir Emreli

Millimizin və “Legiya”nın futbolçusu Mahir Emreli Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Lester”lə oyundan əvvəl sosial şəbəkədə paylaşım edib.

İdmanxeber.az-ın məlumatına görə, matçın keçiriləcəyi “Kinq Pauer” stadionundakı məşqdən şəkillərini paylaşan millimizin üzvü yazıb:

“Ətrafımda divarlar tikməyi planlaşdırırsınızsa, bilin ki, mən bunların arasından keçib gedəcəyəm”.

Qeyd edək ki, bu gün keçiriləcək “Lester” – “Legiya” görüşü saat 00:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ” belə qələbə qazandı – Video

admin

“Onunla çəkdirdiyim şəkil indiyə qədər votsap profilimdədir” – Nazarov

admin

“Sabah” honduraslı hücumçunu göndərdi – rəsmi

admin