Müsahibə

Əfqan Həmzəyev: “Xəqani Məmmədov gənc hakimlərlə işləməyi qarşısına məqsəd qoydu” – MÜSAHİBƏ

Azərbaycan Tələbə Futbol Federasiyasının baş katibi Əfqan Həmzəyevin idmanxeber.com saytına müsahibəsi.

– Əfqan müəllim, ilk olaraq Türkiyənin “Beşiktaş” klubundan sizə gələn təklif haqda danışardıq. Necə oldu bu klubla müqavilə bağladız?

– İlk öncə onu qeyd edim ki, Azərbaycanda son 5 il ərzində çimərlik futbolu üzrə nə qədər turnir olubsa hamsını mən keçirtmişəm. Hətta keçən il Superliqaya sponsor tapıb çempionatı keçirtdik. Bundan əlavə Gürcüstan ilə də sıx əlaqələrim var. Burada daişləyirəm. Bu ölkədə də çimərlik futbolunun inkişafında öz rolum var. Onlara da bu istiqamətdə böyük köməyim dəyib. Türkiyə ilə sıx əlaqələrim var. Keçən il İzmirin“Səfərisak” komandasının meneceri idim və bizim komanda Türkiyə çempionatının qalibi oldu. Bundan sonra İzmir klubundakı işimi görən “Beşiktaş” tərəfi mənimlə danışıqlara başladı. Çox keçmədi ki, mənə rəsmi təklif göndərdilər. Mən də danışıqlar aparmaq üçün Türkiyəyə yollandım və şərtlər məni qane etdiyindən 2 illik anlaşma imzaladıq. Bu iki ildə “Beşiktaş”ın meneceri olacam. Bu Azərbaycanda bir ilkdi.


– Müqavilədə nə kimi şərtlər yer almışdı?

– İndi mən detalları açıqlamaq istəmirəm. Ancaq deyim ki, “Beşiktaş”ın çempionatda və xarici ölkələrdə keçiriləcək turnirlərdə iştirakını təmin etmək, komandaya legionerlərin gətirilməsi, burada çimərlik futboluna öz işimlə töfhə vermək kimi öhdəlikləri üzərimə götürdüm. Artıq bir neçə turnirlərdə komandamız iştirak edəcək. Türkiyədə iyunun 11-16-da “İstanbul Cup” turniri olacaq. Bu turnirdə “Beşiktaş” da iştirak edəcək. Dünyanın ən məşhur çimərlik futbol klubları dəvət olunacaq bu turnirə. Almaniyanın “Şalke” kimi klubu bu turnirdə iştirak edəcək. “Roma”, “Latsio”, “Milan” kimi klublarla danışıqlar aparılır. Biz istəyirik ki, bu klublardan biri bu turnirdə iştirak etsin. Türkiyədə çimərlik futboluna maraq var. Təsəvvür edin orada çempionat 22 turdan ibarətdi.


– Siz “Beşiktaş”a getməklə daha bir təcrübə, yenilik, əlavə qazanc əldə edəcəksiz. Bəz Azərbaycan çimərlik futbolu nə qazanacaq?

– Heç nə… Çünki Əfqan Həmzəyevə Gürcütsan, Türkiyə, Moldova kimi ölkələrdən təklif gəlir. Ancaq Azərbaycanda mənim xidmətimdə heç kim maraqlı deyil.

– Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov güvənərək gənc hakimləri yetişdirmək yönündə sizə tapşırıq verib. Bu haqda nə deyərdiz?

– Bəli, 25 gənc hakimə dərs deyirəm. Artıq bir dərs  günü bitib. Heç bir təmanna olmadan Azərbaycan hakimliyi  üçün əlimdən gələni edirəm. Aralarında yaxşı, perespektivli uşaqlar da var. Mən çalışacam ki, bütün bilik və bacarığımdan istifadə edib bu gənc hakimlərə bildiyim hər şeyi öyrədəcəm.

– Hal-hazırda Tələbə futbol federasiyasının baş katibisiz. “Beşiktaş”ın meneceri,, eləcə də gənc hakimlərə dərs deyirsiz. Bu qədər işi bir arada görmək problem yaratmır ki?

– Düzü, İstanbula “Beşiktaş”la danışıqlara məhz buna görə getmişdim. Tələbə Futbol Federasiyasının prezidenti Fazil Qarayev mənə etimad göstərib, buradan ona da təşəkkürümü bildirirəm. Belə etimadın qarşısında başqa işə getmək düz olmazdı. Məhz bu səbəbdən “Beşiktaş” rəhbərliyinə oturaq işim olduğunu bildirdim. Lakin onların mənə menecer işini təklif etməsi belədir ki, mən onların beynəlxalq əlaqələrini quracam Mən öz otağımda otura-otura da internet vasitəsi ilə əlaqələr qura bilərəm.  Turnirlə üçün klublarla danışıq aparıram, bəzi səfərlər olacaq, bu da 1-2 günlük.  

– Gördüyümüz qədər siz Azərbaycan futbol ictimaiyyətindən incimisiz…

– Mən AFFA-nın baş katibi Elxan Məmmədova xüsusi təşəkkürümü bildirirəm ki, bu adam hər cür milli üçün şərait yaradır.  Ancaq Azərbaycan çimərlik futbol federeasiyası  heç bir iş görmür. Mən FİFA referisi əlimdən gələn hər şeyi etdim, ancaq xeyri olmadı. Turnirlər keçirtdim, püşkatmaları belə özüm təşkil edirdim.Ancaq xeyri olmadı ki, olmadı.

– Sonda Azərbaycan hakimliyi ilə bağlı sizə sual verim. Premyer Liqada hakim idarəçiliyi ilə bağlı klublarımız tez-tez şikayət edirlər. Siz nə düşünürsüz?

Xəqani Məmmədov gənc hakimlərlə işləməyi qarşısına məqsəd qoydu. Onlara inandı, güvəndi və heç zaman onları tək buraxmadı. Düzdü onlar səhv də edə bilərlər. Bütün dünyada hakimlər səhv edir. Ancaq qərəz ola bilməz. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43