Ölkə futbolu

Əfran İsmayılovdan sərt açıqlama: “Onun ucbatından biz bu günə düşdük”

"Həmişə demişəm, yenə deyirəm, "Xəzər Lənkəran"da əsas problem müdafiə xəttində idi. Bilirəm məndən inciyənlər də oldu, ancaq gərək düz danışasan. Biz oyun boyu əziyyət çəkdik ancaq müdafiə xəttinin səhvləri bizi qələbələrdən uzaq saldı".

Bu sözləri idmanxeber.com-a "Xəzər Lənkəran"ın sabiq üzvü Əfran İsmayılov deyib.

Saytımızın yeni rubrikası olan "Səmimi söhbət"in qonağı olan yarımmüdafiəçi əsas günahkar kimi komandanın braziliyalı müdafiəçisi Tieqo Xesusu görüb:

"Tieqo hər dəfə səhv edirdi və biz qələbəni əldən veriridik. Rəhbərlik bunu iclaslar da deyirdi, ancaq səhvlər yenə sıralanırdı. Onun ucbatından biz liderlər qrupundan ayrı düşdük".

Qeyd edək ki, yaxın günlərdə "Səmimi söhbət" verlişini saytımızda izləyə bilərsiniz. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43