Ölkə futbolu Premyer Liqa

“Əgər elə bir şey olsa yerindəcə reaksiya veriləcək” – Qurban Qurbanov

Premyer Liqanın V turu çərçivəsində “Qarabağ” səfərdə “Keşlə” ilə qarşılaşıb və heç-heçə edib -1:1.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov görüşdən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Belə oyunlar il ərzində bir və ya iki dəfə olur. Bugün bir xal qazandıq. Yaxşı meydança önəmlidi. Belə meydançada oynamaq çətin olur. Qol epizodu olmadığı halda rəqib hesabı bərabərləşdirə bildi.

– “Qarabağ”ın “Omoniya” ilə matçı haqda…

Sabahdan o oyuna hazırlaşacağıq. Ümid edirəm ki, hər şey istədiyimiz kimi olacaq.

– Azərbaycan komandaları Kiprdə təxribatla üzləşirlər. Bu barədə nəsə düşünmüsünüzmü?

O barədə düşünmürəm. İnanmıram ki, belə şey olsun. Elə bir hadisə olsa yerindəcə reaksiya veriləcək.

– Xayme Romeronun yoxluğunda Vesoviçi o cinahda oynatdınız və daha sonra onu əvəzləyib Ramil Şeydayevi o mövqedə yoxladınız. Bunlardan hansının Kiprdə oynama ehtimalı böyükdür?

Başqa variantımız da var. Tam anız etdikdən sonra qərar verəcəyik.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43