İtaliya millisinin hücumçusu Mario Balotelli “Twitter” hesabından İngiltərənin mundialdakı uğursuz çıxışına özünəməxsus şəkildə münasibət bildirib.
İdmanxeber.com-un məlumatına görə, “Milan”ın forvardı sosial şəbəkədə bunları qedy edib:
“Əgər Kosta Rikaya qalib gəlsək, İngiltərə kraliçasının məni yanağımdan öpməsini istəyərdim”.
Qeyd edək ki, əgər Kosta Rika İtaliya millisindən xal alsa, o zaman ingilislərin qrupdan çıxma şansları qalmayacaq.