Azərbaycan Premyer Liqasında IV turun “Sabah” – “Qəbələ” (0:1) matçından sonra təşçil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Elşad əhmədov jurnalistləsin suallaını cavabıandırıb.
O, əvvəlcə görüş barədə fikirlərini bildirib…
– Oyun haqda danışmaq çətindi. Rəqib bizdən yaxşı oynadı. İstəkli idilər və sona qədər döyüşdülər. Bizim futbolçularımız daha təcrübəlidi, ancaq şanslardan yararlana bilmədilər.
– Heyəti güclü “Sabah”ın istəyi niyə az idi?
– Şanslarımız oldu. Ancaq yararlana bilmədik. Bəzi oyunçular istəksiz idi, ad çəkmək istəmirəm.
– “Sabah”da bəzi dəyişikliklər gözlənilirmi?
– Baş məşqçi qərarına rəhbərlik verəcək. Bu barədə söhbətimiz olacaq.
– Komandanın oyunu və digər məsələlərlə bağlı dəyişiklik planınız varmı?
– 30,40 faiz dəyişiklik olacaq.
– Komandanın özünə gəlməyi üçün nə lazımdı?
– Oyunun taktikasında dəyişiklik lazım deyil. Sadəcə bir qələbə lazımdı ki, oyunçular özünə gəlsin.
– Komandanın uğursuzluğunda əsas günahkar kimdi?
– Mənəm. Futbolçular günahkar deyil.
– Ötən ildən daha sanballı komanda var. Ancaq bu mövsüm uğursuzsuz. Sizcə komandada lider oyunçunun olmaması nəticələrə təsir edirmi?
– İrəlidə vuran futbolçu yoxdu. İki hücumçumuz bizə gec qoşuldu. Uyğunlaşmaq üçün zaman lazımdı.