“Əl-Nəsr” klubu Kristiano Ronaldonun qeyri-etik kimi iddia edilən jesti ilə bağlı açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, klub 37 yaşlı futbolçunun qasıq nayihəsindən zədələndiyini və buna görə də həmin hərəkəti etdiyini bildirib:
“Ronaldo zədədən əziyyət çəkir. O, “Əl-Hilal”ın futbolçusu Qustavi Kuellar ilə mübarizədə sözügedən nayihədən zədə alıb. Bu, həkimlər tərəfindən də təsdiqlənib”.
“Əl-Nəsr” “Əl-Hilal”a 0:2 hesabı ilə məğlub olub.