"Artıq ikinci dəfədir ki, Bakıda oluram. Sabahkı oyuna yüz faiz hazırıq. Çalışacağıq ki, qələbə qazanaq. Ancaq qarşımızda güclü komanda var. Bunu xüsusi qeyd etməliyəm".
İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Monako"nun futbolçusu Stefan Əl-Şaaravi Avropa Liqasının qrup mərhələsində sabah "Qarabağ"la keçiriləcək oyunöncəsi təşkil olunan mətbuat konfransında deyib.
O sözlərinə belə davam edib:
"Qarabağ" sabah doğma azarkeşləri önündə oynayacaq. Onların şansı var. Rəqib azarkeşlərin dəstəyi sayəsində qələbə də qazana bilər. “Qarabağ”la ilk oyundan sonra bəlli oldu ki, rəqib güclü komandadır".