Kateqoriyasız

Əliyar Ağayev Konfrans Liqasının oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli ədələt təmsilçisi Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək “Styau” – “Dunayska Streda” görüşünü idarə edəcək.

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma avqustun 11-də keçiriləcək. İlk matçda “Styau” 1:1 hesablı qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43