FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının oyununa təyinat alıb.
O, Super Liqanın XXIII turunda VAR sisteminin tətbiq ediləcəyi “Atromitos” – AEL Larissa qarşılaşmasını idarə edəcək. Ağayev ertəsi gün keçiriləcək “Volos” – “Apollon Smirnis” oyununda isə VAR hakimi olacaq.