Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avro-2020-nin seçmə mərhələsində dünən keçirilən Malta – Norveç oyununu idarə edib.
Ta Qalidəki Milli stadionda keçirilən matçda meydan sahibləri 1:2 hesabı ilə uduzub.
Ə. Ağayev sözügedən görüşdə Maltanın iki futbolçusuna (Stev Burq, 55, Zah Muskat, 66) sarı vərəqə ilə göstərib və onların qapısına təyin edib. Ancaq 67-ci dəqiqədə Joşua Kinq həmin penaltidən fərqlənə bilməyib.