Kateqoriyasız

Əliyev rəsmən “Neftçi”də! – Video

“Neftçi” daha bir transferə imza atıb.

İdmanxeber.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevlə 3,5 illik müqavilə bağlanılıb.

27 yaşlı yarımmüdafiəçi yeni komandasının heyətində 7 nömrəli formanı geyinəcək.

Sonuncu klubu Rusiya Premyer Liqasında mübarizə aparan “Ufa” (2018-2020, 2021-2022) olan Əliyev Rusiyanın “Yenisey” (2012-2017), “Saxalin” (2013), “Krılya Sovetov” (2017-2018) və “Tambov” (2021) komandalarında da çıxış edib.

“Neftçi” bundan əvvəl müdafiəçi Azər Salahlı, yarımmüdafiəçilər Eddi İsrafilov, Gilyerme Pato və qapıçı İvan Brkiçi transfer etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43