Topaz Premyer Liqasında mövsümün yeni rekordu qeydə alınıb. 20-ci turun “Xəzər Lənkəran” – “Neftçi” matçında qeydə alınan tamaşaçı sayı 2013/14 mövsümündə ən yüksək göstəricidir. Belə ki, “Böyük oyun” adı ilə tanınan qarşılaşmanı 11000 tamaşaçı izləyib. Bu qarşılaşma 1-ci dövrənin Lənkəranda baş tutan “Böyük oyun”unu da arxada qoyub. Həmin matçı 10000 tamaşaçı izləmişdi.
Qeyd edək ki, cari mövsüm çempionatda ən çox tamaşaçı toplayan 5 oyunun hamısı Lənkəranda keçirilib.
tur |
tarix |
oyun |
tamaşaçı sayı |
20 |
09.02.2014 |
Xəzər Lənkəran – Neftçi |
11000 |
4 |
25.08.2013 |
Xəzər Lənkəran – Neftçi |
10000 |
11 |
27.10.2013 |
Xəzər Lənkəran – Qarabağ |
7500 |
6 |
14.09.2013 |
Xəzər Lənkəran – Bakı |
7100 |
2 |
11.08.2013 |
Xəzər Lənkəran – Simurq |
7000 |