29 Sentyabr 2024
Dünya futbolu

“Ən yaxşı komanda bizi məğlub etdi” – Mikel Arteta

“Arsenal” Premyer Liqanın 33-cü turunda “Mançester Siti”ylə qarşılaşıb.

İdmanxeber.az-ın məlumatına görə, oyun “şəhərlilər”in 4:1 hesablı qələbəsi ilə başa çatıb.Oyunun ardından “topçular”ın baş məşqçisi Mikel Arteta məğlubiyyəti belə şərh edib:

“Ən yaxşı komanda bizi məğlub etdi, bu dəqiqdir. Onlar əla idi və bu səviyyəyə çatmaq çətindir. Bu gün biz o səviyyədə deyildik. Bu komanda ilə qarşılaşmalarda döyüş sənətində qalib gəlmək lazımdır. Birinci hissədə bunu etmədik və cəzalandıq. Çox çətindir.

Bu, çempionluq yarışı üçün nə deməkdir? Bu gün çətin axşamdır, uduzduq, amma ayağa qalxıb vəziyyətə daha geniş baxmalıyıq. “M.Siti” kimi komanda ilə üz-üzə olmağımız inanılmazdır. Qarşıda beş oyun var və hər şey ola bilər. Bu illər ərzində mən liqada çox şey ola biləcəyini görmüşəm. Etiraf etməliyik ki, xüsusi komandaya uduzmuşuq. Daha güclü komanda qalib gəldi və biz öz səviyyəmizdən çox uzaq idik”.

“Mançester Siti” 31 oyundan sonra 73 xalla Premyer Liqanda ikincidir. “Arsenal” 33 matç keçirməklə 75 xalla liderdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43