24 Dekabr 2024
Kateqoriyasız

“Ən yaxşı oyunumuzu oynadıq” – Rəşad Sadıqov

"Yaxşı oynadıq. Hətta mən deyərdim ki, bu mövsüm çempionatdaki ən yaxşı oyunumuzu göstərdik. Sadəcə rəqib kiçik səhvimizdən istifadə edib iki qol vurdu"

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov "Sumqayıt"la görüşdən (2:2) sonra jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli müdafiəçi sözlərinə belə davam edib:

"Şükürlər olsun ki, məğlub olmadıq. Hər bir komandaya istirahət lazımdı, əsas da bizə. Lakin istirahət haqda düşünmürük. Qarşıda vacib oyunlarımız var. 3 gün sonra "Qəbələ" ilə oyun var"

Millinin futbolçusu hakimliklə də bağlı danışıb:

"Bu futboldu. Bəzən hakimlə razı olmaya bilərsən. Bugünki matçda da elə epizodlar oldu ki, hakimin qərarları ilə razılaşmadım"


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43