Misli Premyer Liqasının 31-ci turunun azarkeş sayı bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, bu turu ümumilikdə 8761 tamaşaçı stadiondan izləyib.
Turun ən yaxşı göstəricisi Tovuzda qeydə alınıb. Ən pis göstərici isə Bayıldakı oyuna təsadüf edib.
Sıralama aşağıdakı kimidi:
“Turan Tovuz” – “Sabah” – 4000 tamaşaçı
“Şamaxı” – “Kəpəz” – 1700 tamaşaçı
“Qarabağ” – “Zirə” – 1700 tamaşaçı
“Sumqayıt” – “Qəbələ” – 1326 tamaşaçı
“Səbail” – “Neftçi” – 350 tamaşaçı