Ölkə futbolu

“Ən zəif oyunlarımızdan birini keçirdik” – Şahin Diniyev

“Belə oyundan sonra danışmaq çətindir. Çünki dramatik matç alındı. Oyunun gedişatında çox hadisələr baş verdi ki, komandaya mənfi təsir etdi. “Sumqayıt”ı qələbə münasibəti ilə təbrik edirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev “Sumqayıt” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Vacib matç idi. Bizim günümüz deyildi. Qapımıza o qədər penaltilər təyin edilir, oyunçularımıza o qədər qırmızı vərəqələr verilir ki, bu, məni çox narahat edir. Mən də emosional insanam və hislərim var. Bizim heç bir epizodumuza VAR-da baxmırlar. Bu da maraqlı məqamdır. İkinci hissə oynamağa çalışdıq, qırmızı vərəqə verildi, müdafiə olunmağa çalışdıq, penalti təyin edildi. Fikrim günahı kiminsə üzərinə atmaq deyil. Bizim özümüz də, ən zəif oyunlarımızdan birini keçirdik. Bu hadisələrə görə toparlana bilmədik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43