Kateqoriyasız

Ənənəyə sadiq qaldılar: “Qəbələ” və “Qarabağ”a yenə inanmadılar

Dünyanın məşhur bukmeker kontorları Avropa Liqasının qrup mərhələsinin V turunun oyunları üçün əmsalları açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, noyabrın 26-da öz meydanında “Tottenhem”lə qarşılaşacaq “Qarabağ”ın bu matçdakı qələbə əmsalı 3.60-dı. “Tottenhem”in qələbəsinə 2.05, matçın heç-heçəsinə isə 3.30 əmsal açılıb.

Həmin gün səfərdə PAOK-la qarşılaşacaq “Qəbələ”nin Yunanıstanda qazana biləcəyi qələbə əmsalı 9.00-a bərabərdi. Qarşılaşmanın heç-heçəsinə 4.50, yunanların qələbəsinə isə 1.35 əmsal verilib.

Qeyd edək ki, Qarabağ” – “Tottenhem” matçı saat 20:00-da, PAOK – “Qəbələ” oyunu isə gecə saat 00:05-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43