“Əl-Hilal” rəhbərliyi PSJ-nin ulduzu Neymarı öz heyətində görmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, braziliyalı Səudiyyə Ərəbistanı klubunda 3 illik müqaviləyə görə 600 milyon avro ala bilər. 31 yaşlı Neymarın PSJ ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır.
O, 2017-ci ildə “Barselona”dan Paris klubuna keçib.
2022/23 mövsümündə hücumçu parislilərin heyətində bütün yarışlarda 29 oyuna çıxıb, 18 qol vurub və 17 məhsuldar ötürmə edib.