09 İyun 2026
Dünya futbolu

Ərəblər Premyer Liqadan daha bir oyunçu aldı

“Çelsi”nin qapıçısı Eduard Mendi komandadan ayrılaraq Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubuna keçib.

İdmanxeber.az-ın məlumatına görə, daha əvvəl ərəb klubunun aylıq 16 milyon funt-sterlinqdən futbolçu ilə 2026-cı ilə qədər müqavilə bağlayacağı bildirilirdi. 

31 yaşlı futbolçu 2020-ci ildən London klubunda çıxış edir. Komanda ilə o, Çempionlar Liqası, UEFA Super Kuboku, Klublararası Dünya Kuboku, İngiltərə Futbol Liqası Kuboku və İngiltərə Kubokunu qazanıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43