Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA-nın ölkənin milli komandasının əsgər salamına görə UEFA-nın intizam işi açmasına münasibət bildirib.
“Belə bir şey həyatda olmayıb. Ciddi nəsə olacağını təxmin etmirəm. Buna görə yalnız qınaya bilərlər. Bu nöqtəyə kimi gələn komandaya başqa bir mənfi yanaşma olmayacaq”.
Türkiyə millisinin üzvləri Albaniya və Fransa ilə oyunlardakı qolları əsgər salamı ilə qeyd edib. Futbolçular Türkiyə ordusunun Suriyada keçirdiyi “Pınar hərəkatı”na dəstək olduqları üçün əsgər salamı verib.