Azərbaycan kubokunun 1/8 final mərhələsində doğma meydanda Zaqatalanın “Simurq” klubu ilə qarşılaşan “Araz Naxçıvan” rəqibini oyunsonrası penaltilərlə məğlub edərək 1/4 finala yüksəldi.
İqor Getman, “Simurq” klubunun məşqçisi: “Çətin oyun olacağını gözləyirdik. Oyun haqqında danışmaq istəmirəm. Rəqibi təbrik edirəm, gələcəkdə uğurlar arzulayıram”.
Əsgər Abdullayev, “Araz Naxçıvan” klubunun baş məşqçisi: “Rəqib Premyer Liqada “Qarabağ”dan sonra ən az top buraxan komandadır. Oyunun penaltilər seriyasına gedəcəyini düşünürək ciddi hazırlaşmışdıq. Çətin oyun oldu. “Simurq”a qarşıdakı oyunlarında uğurlar arzulayıram”.